Xəzər Xəbər

"Fiorentina" rus futbolçunu yollayır

İdman | 21:33 • 6 Dekabr 2021
"Fiorentina" rus futbolçunu yollayır

"Fiorentina"nın hücumçusu Aleksandr Kokorin qış "transfer pəncərəsi" dönəmində komandanı tərk edə bilər.

“La Nazione” nəşri xəbər verir ki, İtaliya klubu rus futbolçunu yollamaq üçün iki variantı nəzərdən keçirir.

A Seriyası təmsilçisi onu ya başqa kluba icarəyə göndərəcək, ya da futbolçu 2024-cü ilə qədər qüvvədə olan müqavilənin vaxtından əvvəl ləğvi ilə razılaşacaq.

Məlumata görə, "bənövşələr" artıq 30 yaşlı hücumçunun mövqeyinə yeni oyunçu axtarışına başlayıb və qış "transfer pəncərəsi"ndə yeni transferi həyata keçirməyi planlaşdırır. 

Xatırladaq ki, Kokorin 2021-ci ilin yanvarından "Fiorentina"da çıxış edir. O, bu mövsüm İtaliya A Seriyasında 4 matçda iştirak edib və cəmi 28 dəqiqə oynayıb. /Fanat.Az 

Xəbər lenti