Xəzər Xəbər

Transfer şayiələri: Mourinyu "Roma"nı tərk edə bilər

İdman | 17:18 • 6 Dekabr 2021
Transfer şayiələri: Mourinyu "Roma"nı tərk edə bilər

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"Fichajes" nəşri: Renato Sançeslə "Nyukasl", "Barselona", "Milan", "Liverpul" və "Mançester Siti" maraqlanır. "Lill" hələ heç bir rəsmi təklif almayıb, lakin onlar portuqaliyalı oyunçuya bazarda tələbat olduğu halda satışından yüksək gəlir əldə edəcəklərinə ümid edirlər.

"Fichajes" nəşri:  Yarımmüdafiə xəttini gücləndirməyə çalışan "Liverpul" gələn yay "Napoli"dən Fabian Ruizi almağa çalışacaq. Futbolçu yeni kluba keçməyə hazırdır. İngilislər gələn yay Toni Krossu da heyətinə qatacaq.

"The Sun" nəşri: "Everton" Cordan Pikfordu 30 milyon funta satmağa hazırdır. "Tottenhem" qapıçıya həftədə 100.000 funt sterlinq ödəməyə razıdır, lakin "Everton"un yüksək məbləğdə olan tələbləri planlaşdırılan danışıqlarda maneə törədə bilər.

"Foot Mercato" nəşri: PSJ Conatan İkonenin "Lill"dən "Fiorentina"ya keçməsindən böyük gəlir əldə etmək niyyətindədir. İtaliya klubu futbolçunu 21 milyon avroya transfer etməyə yaxındır. Bu satış PSJ-yə təxminən 10 milyon avro qazandıracaq.

"L'Equipe" nəşri: Klod Puel "Sent-Etyen"in baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. Klub turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Sent-Etyen"ə Paskal Düprase başçılıq edəcək.

"The Mirror" nəşri: "Everton" Rafael Benitesin əvəzedicisi kimi Joze Mourinyonu görür. Benitez klubu bu yay təhvil alıb. Lakin mövsümə pis başladıqları üçün təzyiq altındadırlar. “Everton” ispaniyalı çalışdırıcını qovmaq qərarına gəlsə, “Roma”ya yeni qoşulmasına baxmayaraq İngiltərəyə qayıtmağa hazır olan Mourinyuya müraciət edə bilər.

"Metaratings" saytı: Paolo Vanoli dekabrın 16-da "Spartak"ın baş məşqçisi olacaq. Həmin gün müqavilənin imzalanması və rəsmi təqdimat mərasimi keçiriləcək. Vanoli əvvəllər "Çelsi" və "İnter"də Antonio Kontenin köməkçisi kimi çalışıb.

"Corriere dello Sport" nəşri: "Roma" "Byern Münhen"inn yarımmüdafiəçisi Marke Roka ilə maraqlanır. Daha çox oyun vaxtı istəyən ispan oyunçu keçidə razılıq verə bilər./fanat.az

Xəbər lenti