Xəzər Xəbər

Transfer şayiələri: "Fənərbağça" "transfer bombası"nı partladacaq?

İdman | 18:27 • 3 Dekabr 2021
Transfer şayiələri: "Fənərbağça" "transfer bombası"nı partladacaq?

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"Todofichajes" nəşri: "Sevilya" hücumçu Sedrik Bakamba (azad agent) uğrunda mübarizədə "Barselona"ya qoşulub. Hər iki klub ona eyni maaşı təklif edir.

"Mundo Deportivo" nəşri: "Las Palmas"ın futbolçusu Alberto Moleyro "Barselona"nın maraq dairəsindədir. Bir neçə müddətdir ki, klubun skautları 18 yaşlı oyunçunu yaxından izləyirlər. Moleyronu oyun tərzinə görə Pedri ilə müqayisə edirlər. 

Fabritsio Romano: "Fiorentina" qarşıdakı günlərdə Conatan İkonenin transferini tamamlamağı planlaşdırır. Futbolçunun transfer dəyəri 15 milyon avro olacaq. 

"todofichajes" nəşri: Xuan Mata üçün "Nyukasl", "Real Sosyedad" və "Fənərbağça" yarışır.
Ancaq ispan futbolçu hələ qərar verməyib. Türkiyənin bir neçə nəşri "Fənərbağça"nın skautlarının futbolçu ilə görüşdüyünü yazır.

"Calciomercato" nəşri: "Napoli" "Beşiktaş"ın müdafiəçisi Umut Meraşın transferi üçün danışıqlar aparır. Meraş "Napoli"yə keçməyə hazırdır. Lakin italyanlar rəsmi təklif edənə qədər bütün diqqətini "Beşiktaş"dakı məsuliyyətlərinə yönəldəcək.

"BİLD" nəşri: "Bayer 04" və "Borussia Mönhenqladbax" "Şalke"nin sol cinah müdafiəçisi Tomas Aueyanı yaxından izləyir. "AZ Alkmaar"dan icarəyə götürülən futbolçu Bundesliqada oynamaq istəyir. Lakin "Şalke 04" onu heyətində saxlamaq fikrindədir.

"Qalatasaray" klubu: Kerem Aktürkoğlunun "Qalatasaray"la müqavilə müddəti 2025/26 mövsümünün sonuna qədər uzadılıb. Bu mövsüm 25 oyun keçirən futbolçu 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

"The Times" nəşri: Edinson Kavani bu yay "Barselona"ya keçmək istəyir. Hücumçu daha 2 mövsümü yüksək səviyyədə keçirə biləcəyinə inanır./fanat.az

Xəbər lenti