Xəzər Xəbər

Eriksendən xəbər var

İdman | 17:41 • 3 Dekabr 2021
Eriksendən xəbər var

Danimarka millisi və “İnter”in yarımmüdafiəçisi Kristian Eriksen keçmiş klubu ilə fərdi məşqlərə başlayıb.

Avro 2020-də infarkt keçirən Eriksen yerli qaydalara görə İtaliyada oynaya və məşq edə bilməz. Hazırda danimarkalı 2005-2009-cu illərdə gənclər komandalarında oynadığı “Odense” klubunun bazasında fərdi şəkildə məşq edir.

Qeyd edək ki, 29 yaşlı futbolçunun növbəti mövsümdən karyerasını bərpa edə biləcəyi barədə xəbərlər yayılıb.

Xəbər lenti