Xəzər Xəbər

"Qızıl top" Levandovskiyə verilə bilər - Redaktor açıqladı

İdman | 21:50 • 1 Dekabr 2021
"Qızıl top" Levandovskiyə verilə bilər - Redaktor açıqladı

"France Football" jurnalının baş redaktoru Paskal Ferre  "Bayern Münhen"in hücumçusu Robert Levandovskiyə 2020-ci il üçün nəzərdə tutulan "Qızıl top" mükafatının verilə biləcəyini deyib.

O, "Watson"a müsahibəsində belə danışıb:

"Messi doğru və ağıllı açıqlama ilə yadda qaldı. Məncə, tələsik qərar qəbul etməyə dəyməz. Ancaq səsvermə əsasında müəyyənləşdirilən "Qızıl top" mükafatının tarixinə hörmət fonunda bu barədə düşünməliyik.

Levandovskinin ötən il qalib gəlib-gəlməyəcəyini əminliklə söyləmək çətindir. Səsvermə keçirilməyibsə, dəqiq qərar vermək mübahisəli məsələdir. Ancaq düzünü desəm, mən də onun qələbə qazana biləcəyinə inananlardan biriyəm. Ötən il əla şansı var idi".

Qeyd edək ki, ötən il "Qızıl top"un ənənəvi təqdimat mərasimi koronavirus pandemiyası üzündən ləğv edilmişdi. Noyabrın 29-da Parisdə baş tutan tədbirdə 7-ci dəfə bu mükafata sahib çıxan Lionel Messi "Sən öz "Qızıl top"una layiqsən. Hamı bilir ki, ötən il bu mükafat sənin olmalıydı", - deyə Robert Levandovskiyə ürək sözlərini çatdırmışdı./Fanat.Az

Xəbər lenti