Xəzər Xəbər

ÇL: "Real Madrid", "Liverpul", PSJ və "İnter" pley-offda

İdman | 09:32 • 25 Noyabr 2021
ÇL: "Real Madrid", "Liverpul", PSJ və "İnter" pley-offda

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

XəzərXəbər xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları üzrə daha 8 matç keçirilib.

 

A qrupunda “Mançester Siti” evdə PSJ ilə qarşılaşıb. “Şəhərlilər” qələbə qazanacağı halda, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Mümkün heç-heçə isə hər iki komandanı növbəti mərhələyə çıxara bilərdi. Bunun üçün digər matçda “Layptsiq” Belçikada “Brügge”yə uduzmamalı idi. “Mançester Siti” evdə əzmkar qələbəyə, “Layptsiq” isə səfərdə darmadağına sevinib. Bu nəticələrdən sonra İngiltərə və Fransa təmsilçiləri növbəti mərhələyə yüksəlib.

B qrupunda pley-offa çıxması rəsmiləşən “Liverpul” “Portu”nu qəbul edib. “Milan” isə səfərdə Madrid “Atletiko”su ilə münasibətlərinə aydınlıq gətirib. Dieqo Simeonenin başçılıq etdiyi komanda evdə uduzsa, “Portu” isə çətin səfərdə “Liverpul”a qalib gəlsə, portuqaliyalılar bu qrupdan çıxan ikinci kollektiv olacaqdı. Amma İngiltərə təmsilçisi növbəti, İtaliya klubu isə ilk qələbəsini qazanıb. Nəticədə qrup ikincisinin kimliyinə sonuncu turda aydınlıq gələcək.

C qrupunda “Beşiktaş” pley-offa vəsiqəni rəsmiləşdirən “Ayaks”la İstanbulda üz-üzə gəlib. Xalı olmayan Türkiyə təmsilçisi bu dəfə də uduzaraq Avropa Liqasının pley-offuna düşmək üçün nəzəri şanslarını da itirib. Bu qrupun digər oyununda “Sportinq” “Borussiya”nı evə məğlub göndərib və qrup ikinciliyini ələ keçirib.

D qrupunda “İnter” evdə Donetsk “Şaxtyor”u, “Real Madrid” Moldovada “Şerif”lə qarşılaşıb. İtaliya və İspaniya klubları qələbə sayəsində pley-offa yüksəliblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
V tur

A qrupu

“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) 0:5
Qollar: 
Nkunku, 12; 90+3. Forsberq, 17; 45+1. A.Silva, 26.

“Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) 2:1
Qollar: 
Sterlinq, 63. Jezus, 76 – Mbappe, 50.

S   Komanda O Q H M V B F X
1   Mançester Siti 4 3 0 1 15 7 8 9
2   PSJ 4 2 2 0 8 5 3 8
3   Brügge 4 1 1 2 5 11 -6 4
4   Layptsiq 4 0 1 3 8 13 -5 1

 

   1/8 final         Avropa Liqası

 

B qrupu

“Atletiko” (İspaniya) – “Milan” (İtaliya) 0:1
Qol: 
Messias, 87.

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) 2:0
Qollar: 
Alkantara, 52. Salah, 70.

S   Komanda O Q H M V B F X
1   Liverpul 4 4 0 0 13 5 8 12
2   Atletiko 4 1 2 1 3 6 -3 5
3   Portu 4 1 1 2 4 6 -2 4
4   Milan 4 0 1 3 4 7 -3 1

 

   1/8 final         Avropa Liqası

 

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) 1:2
Qollar: 
Gezzal, 22-pen – Haller, 54; 69.

“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 3:1
Qollar: 
Qonsalveş, 30; 39. Porro, 81 – Malen, 90+3.

S   Komanda O Q H M V B F X
1   Ayaks 4 4 0 0 14 2 12 12
2   Borussiya 4 2 0 2 4 8 -4 6
3   Sportinq 4 2 0 2 9 7 2 6
4   Beşiktaş 4 0 0 4 2 12 -10 0

 

   1/8 final         Avropa Liqası

 

D qrupu

“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:0
Qollar:
 Dzeko, 61; 67.

“Şerif” (Moldova) – “Real” (İspaniya) 0:3
Qollar
: Alaba, 30. Kroos, 45+1. Benzema, 56.

S   Komanda O Q H M V B F X
1   Real Madrid 4 3 0 1 9 3 6 9
2   İnter 4 2 1 1 6 3 3 7
3   Şerif 4 2 0 2 6 7 -1 6
4   Şaxtyor 4 0 1 3 1 9 -8 1

 

   1/8 final         Avropa Liqası

Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bayern Münhen" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.

Xəbər lenti

Çox oxunanlar