Xəzər Xəbər

Yusuf Dəmir “Barselona” tarixinə düşdü: Messidən sonra bir ilk

İdman | 12:04 • 24 Noyabr 2021
Yusuf Dəmir “Barselona” tarixinə düşdü: Messidən sonra bir ilk

Türk əsilli alman ulduz Yusuf Dəmir UEFA Çempionlar Liqasının E qrupunda "Benfika" ilə 0:0 heç-heçə edərək vəziyyəti çətinləşən "Barselona”nın tarixinə düşüb.
 
Mövsümün əvvəlində "Rapid"dən transfer olunan 18 yaşlı istedadlı futbolçu ÇL-də 0-0 bitən "Benfika” matçına ilk 11-də başlayıb. Beləliklə, gənc futbolçu məşqçi Xavinin "Barselona”nın baş məşqçisi kimi çıxdığı ilk Çempionlar Liqasının ilk "11-liy"inə düşüb.

Ronald Kumanın "Barselona”dakı dövrünün son həftələrində oynamaq şansı qazanmaqda çətinlik çəkən Yusuf Dəmir Xavinin qərarından sonra adını "Barselona” tarixinə yazmağı bacarıb. Lionel Messidən sonra Dəmir "Barselona" forması ilə ilk 11-likdə Çempionlar Liqası imtahanına başlayan ən gənc ikinci xarici oyunçu olub. (18 yaş, 174 gün) Lionel Messi isə 2004-cü ildə Çempionlar Liqasında "Şaxtyor"la mübarizənin ilk "11-liy"ində meydana çıxıb və 17 yaş 166 günlük olarkən bu rekordun sahibi olub./Fanat.az 

Xəbər lenti