Xəzər Xəbər

Maradona ilə bağlı ŞOK XƏBƏR

Əfsanəvi futbolçu Maradona ürəksiz dəfn edilib
İdman | 08:45 • 23 Noyabr 2021
Maradona ilə bağlı ŞOK XƏBƏR

Argentinalı həkim, yazıçı və jurnalist Nelson Kastro ölkənin əfsanəvi futbolçusu Dieqo Maradonanın ürəksiz dəfn edildiyini açıqlayıb.

XəzərXəbər bu barədə “Marca”ya istinadən xəbər verir.

Kastronun agentliyə verdiyi açıqlamaya görə, “Ximnasia La Plata” klubunun bir qrup azarkeşi Maradonanın ürəyini çıxarmaq istəyib. Bu məlum olduqda həkimlər dəfn mərasimindən əvvəl keçmiş futbolçunun orqanını bədənindən çıxarıblar.

Bundan əlavə, Maradonanın ürəyi həm də ölüm səbəbini müəyyən etmək üçün lazım idi.

“Maradonanın ürəyi çox böyük - yarım kiloqram idi. Ürəyin çəkisi adətən 300 qramdır. Baxmayaraq ki, o, idmançı idi və onlar adətən başqalarından daha böyük ürəyə sahib olsalar da, məsələ təkcə bundan ibarət deyil. Bu, ürək çatışmazlığı idi", - Kastro deyib.

Qeyd edək ki, 2020-ci il noyabrın 3-də keçmiş idmançıya beyinin subdural hematoması (beyinin sərt qişası ilə beyinin hörümçək toruna bənzər qişası arasında qanın toplanması -red) diaqnozu qoyulub. O, ertəsi gün əməliyyat olunub. Keçmiş futbolçu noyabrın 12-də xəstəxanadan buraxılıb.

Maradona 25 noyabrda vəfat edib.

Xəbər lenti