Xəzər Xəbər

Zidan ingilis dilini bilmədiyi üçün işsiz qalıb?

İdman | 16:30 • 22 Noyabr 2021
Zidan ingilis dilini bilmədiyi üçün işsiz qalıb?

Madridin “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərənin “Mançester Yunayted” klubunun təklifini qəbul etməyib.

49 yaşlı mütəxəssisin ona edilən təklifdən imtina səbəbi futbol ictimaiyyəti tərəfindən müzakirələrə səbəb olub.

Belə ki, fransalı məşqçi ingilis dilini yaxşı bilmədiyini əsas gətirərək “Qırmızı şeytan”lara rəhbərlik etmək istəmədiyini bildirib.

Lakin digər mənbələr bu imtinanın Z.Zidanın həyat yoldaşının İngiltərəyə köçmək istəməməsi ilə əlaqələndirib.

Qeyd edək ki, “Mançester Yunayted” istefaya göndərilən Ule Qunnar Sulşerə əvəzedici axtarır.

Mənbə: Сuatro

Xəbər lenti