Xəzər Xəbər

İtaliya A Seriyası: “İnter” klubu öz meydanında "Napoli"ə qalib gəlib

İdman | 08:21 • 22 Noyabr 2021
İtaliya A Seriyası: “İnter” klubu öz meydanında "Napoli"ə qalib gəlib

Noyabrın 21-də futbol üzrə İtaliya A Seriyasında 13-cü turun mərkəzi qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, "İnter" klubu "San Siro" stadionunda turnir cədvəlinin lideri "Napoli" komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı qonaqlar matçın 17-ci dəqiqəsində açıb. Piotr Ziyelisnki fərqlənib. Səkkiz dəqiqə sonra meydan sahibləri tarazlığı bərpa edib. Hakan Çalxanoğlu penalti zərbəsini dəqiq yerinə yetirib. Birinci hissənin sonlarında Türkiyə millisinin futbolçusu yenə diqqət mərkəzində olub. Belə ki, onun ötürməsindən sonra İvan Perişiç komandasını hesabda önə çıxardıb.

Fasilədən sonra bərabərlik qolunu vurmaq üçün "Napoli" hücumların sayını artırıb. Buna baxmayaraq əks hücumlara bel bağlayan "İnter" üçüncü dəfə fərqlənməyə nail olub.

Lautaro Martinez oyunda yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, bu qələbədən sonra xal ehtiyatını 28-ə çatdıran Milan təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Napoli" isə məğlub olmasına baxmayaraq 32 xalla eyni xala malik "Milan"la birinci və ikinci yerləri bölüşürlər.

Xəbər lenti