Xəzər Xəbər

Sulşer qovuldu - RƏSMİ

"Mançester Yunayted" klubu baş məşqçisi ilə vidalaşıb
İdman | 14:42 • 21 Noyabr 2021
Sulşer qovuldu - RƏSMİ

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.

Bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Xəbər lenti