Xəzər Xəbər

Türkiyə Super Liqası: Bu gün "Qalatasaray" - "Fənərbağça" derbisi olacaq

İdman | 14:11 • 21 Noyabr 2021
Türkiyə Super Liqası: Bu gün "Qalatasaray" - "Fənərbağça" derbisi olacaq

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.

XəzərXəbər-in məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılacaq prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edəcək. "NEF Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.

İki kollektiv indiyədək Superliqada 128 dəfə üz-üzə gəlib. Bunların 35-də meydan sahibləri, 50-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də "sarı-lacivərdlilər"in aşkar üstünlüyü var - 158:123.

Derbi öncəsi "Qalatasaray"ın heyətində 2 itki var. Arda Turan və Saşa Buy vacib görüşü buraxacaq. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia ve Luis Qustavo zədə səbəbindən oynamayacaq.

Qeyd edək ki, hazırda "Qalatasaray" 21 xalla 6-cı, rəqibindən 1 xal az toplayan "Fənərbağça" isə 8-ci pillədə qərarlaşıb.

Xəbər lenti