Xəzər Xəbər

"Yarımcan" "Mançester Yunayted"i kim çalışdıracaq? NAMİZƏDLƏR

İdman | 14:04 • 21 Noyabr 2021
"Yarımcan" "Mançester Yunayted"i kim çalışdıracaq?

Sulşerin qovulmasından sonra komandanı müvəqqəti olaraq Maykl Kerrik çalışdıracaq. Amma bu uzun sürə bilməz və kluba mütləq yaxşı mütəxəssis lazımdır. Bazarda pulsuz top-məşqçi demək olar ki, yoxdur. “Mançester Yunayted”ə keçmək istəyən Konte var idi, lakin mankunyanlılar Sulşerə bir az da vaxt verərək vaxtı uzatmaq qərarına gəldilər. Nəticədə məlum oldu ki, onlar vaxtı ancaq öz ziyanlarına uzadıblar. 

Bir çox mənbələrdə Zidanın "qleyzerlər" üçün ən arzuolunan namizəd olduğunu bildirilir. Amma fransızın özü bu işə o qədər də maraq göstərmir. Hazırda onunla MY arasında heç bir razılaşma və ya danışıqlar yoxdur.

Sulşerin Zidanın şifahi razılığı ilə qovulması ilə bağlı şayiələr həqiqətə uyğun deyil. Bu barədə məlumatı futbol insayderi Fabritsio Romano yayıb. 

Digər nüfuzlu futbol insayderi Canluka Di Martsio isə yazır ki, Loran Blan müvəqqəti həll yolu ola bilər. Onun Qətər "Əl-Rayan"ı ilə etibarlı müqaviləsi var, lakin "Mançester Yunayted" "Barsa"nın Xaviyə etdiklərini (məşqçi üçün kluba təzminat ödəyib komandaya cəlb etmək) Blana qarşı etməyə çalışa bilər.

"Atletik" nəşri isə digər namizədin Yulen Lopeteqi olacağını xəbər verir. 

Nə olursa olsun, Ule "Mançester Yunayted" üçün əfsanə olaraq qalır və klub ona sona qədər hörmət etmək istəyir. Buna görə də rəsmi ifadə "Sulşer qovuldu" yox, "Klub və məşqçi qarşılıqlı razılaşma əsasında ayrıldı"olacaq./fanat.az

Xəbər lenti

Çox oxunanlar