Xəzər Xəbər

"Barselona"nın yeni baş məşqçisi açıqlandı

İdman | 08:46 • 28 Oktyabr 2021
"Barselona"nın yeni baş məşqçisi açıqlandı

"Barselona"nın sabiq kapitanı, hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavi Kataloniya təmsilçisinin baş məşqçisi olmağa ən real namizəddir.

Məlumatı şəxsi "Twitter" hesabından tanınmış insayder Fabritsio Romano yayıb.

İtaliyalı jurnalist Ronald Kumanı postundan uzaqlaşdıran klub bosslarının 41 yaşlı Xavi ilə əlaqə saxladığını və tərəflərin müzakirələri davam etdirdiyini bildirib.

Mənbə digər namizədin də adını açıqlayıb. Bu, Belçika millisinin 48 yaşlı baş məşqçisi Roberto Martinesdir./Fanat.Az 

Xəbər lenti