Xəzər Xəbər

Transfer şayiələri: Mbappe "Real Madrid"ə keçərsə, PSJ...

İdman | 15:58 • 26 Oktyabr 2021
Transfer şayiələri: Mbappe "Real Madrid"ə keçərsə, PSJ...

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Calciomercato" nəşri: "Everton" "Sassuolo"nun futbolçusu Filip Djuriçiç (Filip Djuricic) üçün mübarizəyə qoşulub. Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq 29 yaşlı serb yarımmüdafiəçi ilə "Vest Hem" və "Sauthempton" da maraqlanır. Qış "transfer pəncərəsi"ndə futbolçu böyük ehtimalla bu klublardan birinə keçəcək.

"Football Insider" portalı: "Nyukasl" "Aston Villa"nın yarımmüdafiəçisi Marvelus Nakambanı transfer etməyi düşünür. Yanvarda futbolçunun "sağsağanlar"ın heyətində çıxış edəcəyi gözlənilir.

"Todofichajes" nəşri: "Barselona" "Ayaks"ın müdafiəçisi Edson Alvaresi hədəflə alıb. Meksikalı qiyməti 17 milyon avrodur. Kataloniya klubu bu məbləği iki dəfəyə ödəməyə razıdır. Qış "transfer pəncərəsi" dönəmində futbolçu "Barselona"da çıxış edə bilər.

"Mundo Deportivo" nəşri: "Yuventus" "Atletiko Madrid"dən Alvaro Moratanı almaq niyyətindədir. Turin klubu ispaniyalı futbolçunu almağa hazırdır. Lakin tələb olunan 35 milyon avroya yox. Belə ki, "Yuventus" müqavilə şərtlərinə ABŞ-lı futbolçu Ueston Makkenni (Weston McKennie) də daxil edə bilər.

"todofichajes" nəşri: "Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi (Wayne Rooney) komandaya Cek Uilşeri (Jack Wilshere) gətirmək niyyətindədir. Uilşer hazırda "Arsenal" klubu ilə azad agent olaraq məşq edir. Runi Uilşirə komandaya təkan kimi baxır. Yanvar ayında Cek "Derbi Kaunti"nin futbolçusu olacaq.

"Calciomercato" nəşri: Fransanın "Brest" klubunun yarımmüdafiəçisi Romen Fevr (Romain Fevre) "Milan"ın diqqət mərkəzinə düşüb. 23 yaşlı fransız futbolçu transferə hazırdır, lakin "Brest" onu mövsümün sonuna qədər saxlamaq fikrindədir.

"Todofichajes" nəşri: Kilian Mbappe "Real Madrid"ə keçərsə, PSJ Vinisius Junioru almağa çalışacaq. Lakin Madrid klubunun braziliyalı futbolçunu satmaq fikri yoxdur./fanat.az

Xəbər lenti