Xəzər Xəbər

Ərəblərdən "Nyukasl"la bağlı maraqlı layihə

İdman | 14:38 • 26 Oktyabr 2021
Ərəblərdən "Nyukasl"la bağlı maraqlı layihə

Səudiyyə Ərəbistanının sərmayə fonduna satılan “Nyukasl”da böyük dəyişiklər gözlənilir.

Bu planda axtarışlarını davam etdirən ərəb həmsahiblərin yaxın gələcəklə bağlı daha bir layihəsi var: “Sent Ceyms Park”ın adı dəyişdirilə bilər.

“Daily Mail” qəzetinin yazdığına görə, rəhbərlik hazırda komandanın ev oyunlarını keçirdiyi stadionun ad hüququnun satışa çıxarılmasını müzakirə edir. Amma məlumatda bu planda hər hansı qərarın yerli azarkeşlərin razılığı əsasında veriləcəyi də bildirilir.

Qeyd edək ki, “Nyukasl”ın doğma stadionu 52305 tamaşaçı tutumuna malikdi./Offsideplus.az

Xəbər lenti