Xəzər Xəbər

Transfer şayiələri: "Real Madrid"də köklü dəyişikliklər ola bilər

İdman | 18:46 • 25 Oktyabr 2021
Transfer şayiələri: "Real Madrid"də köklü dəyişikliklər ola bilər

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"El Nacional " nəşri: "Real Madrid"in müdafiəçisi Marselo (Marcelo) müqaviləsi müddəti başa çatmamış klubu tərk etməyi planlaşdırır. Futbolçunun Madrid təmsilçisi ilə hazırki müqaviləsi gələn ilin yayında başa çatır. Lakin Marselo qış "transfer pəncərəsi" dönəmində komandadan ayrılmaq istədiyini bildirib.

Onun Braziliyanın "Fluminense" klubuna keçəcəyi iddia edilir. “Real Madrid”in prezidenti Florentino Peres futbolçunu buraxmağa hazırdır, lakin ola bilsin ki, komandanın baş məşqçisi Karlo Ançelotti təcrübəli futbolçunu əldən vermək istəməsin.

"Gazzetta dello Sport" nəşri: "Çelsi" "Portu"nun yarımmüdafiəçisi Luis Diazı transfer etməyi. 24 yaşlı futbolçu ilə "Nyukasl", "Bayern Münhen" və "Real Madrid" də maraqlanır.

"Fichajes" nəşri: "Yuventus" "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqanı (Kepa Arrizabalaga) heyətinə qatmağı planlaşdırır. 27 yaşlı qolkiper son vaxtlar zəif təsir bağışlayan Voytsex Şesni (Wojciech Szczesny) üçün əvəz olaraq görülür.

"The Times" nəşri: "İnter" və "Roma" "Tottenhem"in yarımmüdafiəçisi Harri Uinkslə (Harry Winks) maraqlanır. 25 yaşlı futbolçunun özü oyun praktikasının olmaması səbəbindən qış "transfer pəncərəsi"ndə klubun düşərgəsini tərk etmək fikrindədir.

"Calciomercato" nəşri: "Sassuolo"nun futbolçusu Ceremi Boqa "Betis" üçün maraqlıdır. 24 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti gələn ilin yayında bitir və onu azad agent olaraq əldə etmək olar.

"The Sun" nəşri:  "Nyukasl" "Vulverhempton"un kapitanı  Konor Koadini (Conor Coady) hədəfə alıb. 28 yaşlı yarımmüdafiəçi İngiltərə futbolunun necə işlədiyini bilən təcrübəli oyunçu kimi nəzərdə tutulur.

"El Nacional" nəşri: "Mançester Siti" Toni Kroosu (Tony Kroos) heyətinə qatmaq fikrindədir. "Real Madrid"in alman futbolçusu klub dəyişikliyinə açıqdır.

Xəbər lenti