Xəzər Xəbər

Millətlər Liqası: Millimiz hansı səbətdə yer alacaq?

Azərbaycan yığmasının yer alacağı səbət bəlli olub
İdman | 16:49 • 25 Oktyabr 2021
Millətlər Liqası: Millimiz hansı səbətdə yer alacaq?
Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.
 
XəzərXəbər xəbər verir ki, tədbir İsveçrənin Montrö şəhərində keçiriləcək.
 
Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.
 
C Liqasında yer alan Azərbaycan millisi püşkatmaya 3-cü səbətdən qatılacaq.
 
Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
 
Səbətlərin tərkibi
 
A Liqası
 
1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika
 
2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya
 
3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya
 
4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan
 
B Liqası
 
1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya
 
2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya
 
3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya
 
4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

 

C Liqası
 
1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya
 
2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya
 
3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo
 
4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları
 
D Liqası
 
1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta
 
2-ci səbət: Latviya, San-Marino, Andorra
 
Millətlər Liqasının təqvimi
 
I tur: 2 - 4 iyun
 
II tur: 5 - 8 iyun
 
III tur: 9 - 11 iyun
 
IV tur: 12 - 14 iyun
 
V tur: 22 - 24 sentyabr
 
VI tur: 25 - 27 sentyabr
 
Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.

Xəbər lenti