Xəzər Xəbər

Bu gün İstanbul derbisi var

İdman | 14:17 • 25 Oktyabr 2021
Bu gün İstanbul derbisi var

Bu gün Türkiyə Super Liqasında 10-cu tuta yekun vurulacaq.

Son oyun günündə İstanbul derbisi baş tutacaq. Mövsümün ilk derbisi "Beşiktaş" və "Qalatasaray" arasında oynanılacaq.

Fırat Aydınusun rəhbərlik etdiyi hakimlər briqadasının idarə edəcəyi qarşılaşma Bakı vaxtilə saat 21:00-da "Vodafon Park" stadionunda keçiriləcək.

Qeyd edək ki, 9 turdan sonra hər iki komanda 17 xal toplayıb və 6-8-ci yerləri bölüşür.

Xəbər lenti

Çox oxunanlar