Xəzər Xəbər

Messi 16 ildən sonra ilk dəfə...

İdman | 14:02 • 25 Oktyabr 2021
Messi 16 ildən sonra ilk dəfə...
PSJ-nin hücumçusu Lionel Messi Fransa Liqa1-də hələ də qol hesabını aça bilməyib.
 
Argentinalı superulduz son olaraq dünən “Marsel”lə səfər qarşılaşmasını (0:0) qolsuz başa vurub.
 
Cari mövsüm Fransa çempionatında iştirak etdiyi 4 görüşün heç birində fərqlənə bilməyən Leo 2005/06 mövsümündən bəri ilk dəfə mövsümün startındakı 4 matçda qol vura bilməyib. 16 ildən sonra ilk dəfə qolsuz qalan Messinin Çempionlar Liqasında aktivində 3 top var.
 
Qeyd edək ki, PSJ 28 xalla Liqa1-də turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti