Xəzər Xəbər

"Real Madrid" klubu səfərdə "Barselona"ya qalib gəlib

İdman | 21:53 • 24 Oktyabr 2021
"Real Madrid" klubu səfərdə "Barselona"ya qalib gəlib

Bu gün futbol üzrə İspaniya çempionatında onuncu turun mərkəzi qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan görüşdə "Barselona" və "Real Madrid" komandaları qarşılaşıb.

"Real Madrid" 183-cü "el-klasiko"da "Barselona"nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində "Kral klubu" 9 oyundan sonra 20 xal toplayaraq turnir cədvəlində liderliyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.

Xəbər lenti