Xəzər Xəbər

"Ronaldo, yoxsa Salah?" - Klopp cavablandırdı

İdman | 15:40 • 23 Oktyabr 2021
"Ronaldo, yoxsa Salah?" - Klopp cavablandırdı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp (Jürgen Klopp) "Sky Sports"a onlayn müsahibə verib.

Jurnalist 54 yaşlı mütəxəssisə "Salah güclüdür, yoxsa Ronaldo?" sualını verib.

Kloppun cavabı belə olub:

"Bu barədə heç düşünməmişəm. Ronaldo ilə Salah niyə müqayisə olunmalıdır axı? Hər ikisi dünya səviyyəli oyunçulardır. Salahın sol ayağı Ronaldodan daha güclüdür. Ronaldo isə sağ ayağını Salahdan daha yaxşı istifadə edir və hava oyunlarına güclüdür. Sürət baxımından isə hər ikisi küləkdən də sürətlidir".

Xatırladaq ki, Salah cari mövsüm İPL-də 7 qol, Ronaldu isə 3 qol vurub./Fanat.Az

Xəbər lenti