Xəzər Xəbər

Transfer şayiələri: "Nyukasl" hərəkətdə, Sançez qayıdır

İdman | 15:33 • 23 Oktyabr 2021
Transfer şayiələri: "Nyukasl" hərəkətdə, Sançez qayıdır

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Calciomercato" nəşri: "Mançester Siti" "Brügge"nin futbolçusu Şarl de Ketelareni (Charles De Ketelaere) transfer etmək niyyətindədir. Belçika millisinin 20 yaşlı üzvünün potensialının fərqinə varan "şəhərlilər" onu heyətində oynamağa hazırdır.

"The Sun" nəşri: Meksika millisinin və "Napoli" klubunun hücumçusu İrvinq Lozano (Hirving Losano) “Nyukasl”a mümkün keçdi ilə bağlı: “Mən bütün diqqətimi “Napoli”dəki işimə yönəltmişəm. Şayiələr həmişə olacaq. Vaxtı gələndə, hər şey bəlli olacaq. Amma indi burdayam. Bütün diqqətimi klubuma yönəltmişəm və həmişə olduğu kimi, əlimdən gələni edəcəyəm”.

"El Nacional" nəşri: "Çelsi" "Real Madrid"in müdafiəçisi Ferlan Mendi (Ferlan Mendy) üçün 60 milyon avro xərcləməyə hazırdır. Oyunçunun gələn il transferə hazır olacağı gözlənilir.

"SPORTTV" telekanalının saytı: "Nyukasl" "Portu"nun futbolçusu Luis Diaza (Luis Dias) 80 milyon avro xərcləməyə hazırdır. "Sağsağanlar" kolumbiyalı futbolçuya görə müqavilədə nəzərdə tutulan təzminatı ödəməyə razıdır.

"Calciomercato" nəşri: Kris Smolling (Chris Smalling) yanvarda "Roma"dan ayrılacaq.
Onun "Nyukasl"a keçəcəyi gözlənilir. "Nyukals" Smolinqdən əlavə Henrix Mxitaryan (Henrikh Mkhitaryan) və Diavaranı da heyətinə cəlb etməyi planlaşdırır.

"Foot Mercato" nəşri: Yanvarda "Lion" Sərdar Azmun üçün "Zenit"ə 8 milyon avro təklif edəcək.

"Interlive" saytı: Aleksis Sançes (Alexis Sanchez) yanvarda Premyer Liqaya qayıda bilər. "Everton" çilili futbolçunu transfer etmək niyyətindədir./fanat.az

Xəbər lenti

Çox oxunanlar