Xəzər Xəbər

İtaliya A Seriyasının səkkizinci turunun mərkəzi qarşılaşması keçirilib NƏTİCƏLƏR

İdman | 08:27 • 18 Oktyabr 2021
İtaliya A Seriyasının səkkizinci turunun mərkəzi qarşılaşması keçirilib

Oktyabrın 17-də futbol üzrə İtaliya A Seriyasının səkkizinci turunun mərkəzi qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, “Allyanz” stadionunda “Yuventus” əzəli rəqibi “Roma” komandasını qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol matçın 16-cı dəqiqəsində vurulub. Moyse Kin fərqlənib. Bu qələbə sayəsində "Yuventus" xal ehtiyatını 14-ə çatdıraraq turnir cədvəlində 7-ci yerdədir. “Roma" isə 15 xalla dördüncü yerdə qərarlaşıb.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Kalyari" - "Sampdoriya" - 3:1;

"Empoli" - "Atalanta" - 1:4;

"Genoa" - "Sassuolo" - 2:2;

"Udineze" - "Bolonya" - 1:1;

"Napoli" - "Torino" - 1:1;

“Milan” - “Verona” - 3:2;

“Latsio” - “İnter” - 3:1.

Xəbər lenti