Xəzər Xəbər

İngiltərə Liqa Kubokunda əvəzetmə sayı artırıldı

İdman | 14:05 • 16 Oktyabr 2021
İngiltərə Liqa Kubokunda əvəzetmə sayı artırıldı

Futbol üzrə İngiltərə Liqa Kubokunda əvəzetmə sayı artırılıb. 

"Sky Sports" xəbər verir ki, komandalara hər oyunda 5 futbolçu dəyişdirməyə icazə verilib. 

Qərar oktyabrın sonunda qüvvəyə minəcək. Turnirdə mübarizəyə davam edən 16 klubdan 14-cü sıx qrafiklə bağlı narahat olduqlarını bildirib. 

Qeyd edək ki, İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsi oktyabrın 26-da başlayacaq. /Report

Xəbər lenti