Xəzər Xəbər

"Real" 2 dünya ulduzunu transfer edir - Vaxt da məlumdur

İdman | 08:45 • 16 Oktyabr 2021
"Real" 2 dünya ulduzunu transfer edir - Vaxt da məlumdur

Madrid "Real"ı sıralarını iki ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

"Mirror" qəzeti xəbər verir ki, "kral klubu" çoxdandır həsrətində olduğu Kilian Mbappeyə qovuşmaq üzrədir. La Liqa nəhəngi PSJ ilə yeni müqavilə imzalamaqdan imtina edən fransalı hücumçuyla gələn il sözləşmə imzalayacağına əmindir.

O cümlədən, daha bir fransalı, "Mançester Yunayted"in 28 yaşlı yarımmüdafiəçisi Pol Poqba da "Real"ın əsas hədəfidir. Onunla da 2022-ci ildə müqavilə imzalanacağı gözlənilir./Offsideplus.az 

Xəbər lenti