Xəzər Xəbər

Poçettino "Qızıl top"a namizədini açıqladı: "Əlbəttə ki, ..."

İdman | 14:00 • 14 Oktyabr 2021
Poçettino "Qızıl top"a namizədini açıqladı: "Əlbəttə ki, ..."

PSJ-nin baş məşqçisi Maurisiyo Poçettino ( Mauricio Pochettino) "Qızıl topu" namizədini açıqlayıb.

Fransanın "Cope" nəşrinə danışan 49 yaşlı mütəxəssis Messini favorit gördüyünü bildirib:

"Qızıl top"u kimə verərdim? Əlbəttə ki, Messiyə. Hətta çalışdırdığım klubda oynamasa belə, yenə də Messiyə verərdim. Buna şübhə ola bilməz. Robert Levandovski ikinci, Kriştianu Ronaldu isə üçüncü olmalıdır. Ronaldu böyük oyunçudur. Hər il özünü futbolda ehtiras və sevgi ilə göstərir".

Xatırladaq ki, "Qızıl top"un təqdimetmə mərasimi noyabr ayının 29-u Parisdə keçiriləcək./Fanat.Az 

Xəbər lenti