Xəzər Xəbər

Günün transfer xəbər və şayiələri: "Milan" yeni qapıçı aldı

İdman | 13:02 • 14 Oktyabr 2021
Günün transfer xəbər və şayiələri: "Milan" yeni qapıçı aldı

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Calciomercato" nəşri: "Yuventus"un yarımmüdafiəçisi Adrian Rabyo (Adrian Rabiot) karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Nyukasl" 26 yaşlı fransızın xidmətlərində maraqlıdır.

"El Nacional" nəşri: "Barselona" Frank Kesyeni ( Franck Kessie) əldə etmək üçün Serxio Busquetsi (Sergio Busquets) satacaq. Kotdivuarlı futbolçunun "Milan"la müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

"AS" nəşri: "Arsenal"ın  "Betis"də icarə əsasında oynayan futbolçusu Ektor Belyerin (Hector Bellerin) İspaniyada qalmaq istəyir. "Gələn ildə burada oynamaq istəyirəm", - deyə ispan müdafiəçi mətbuata açıqlamasında bildirib.

"Yeni Asir" nəşri: "Fənərbağça" "Arsenal"la müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatacaq 28 yaşlı Sead Kolaşinatsı (Sead Kolasinac) ucuz qiymətə almağı planlaşdırır. 

Baş tutmuş transfer xəbəri:

Antonio Mirante (38 yaşlı qapıçı)

"Roma"dan (İtaliya) - "Milan" (İtaliya) klubuna keçib.

Azad agent qismində keçən futbolçunun müqaviləsi 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub. Əsas qapıçı Mayk Menyan 10 həftə yaşıl meydanlardan uzaq qalacaq./fanat.az

Xəbər lenti