Xəzər Xəbər

İstanbul klubundan transfer bombası - 22 milyon avroluq futbolçu

İdman | 22:35 • 13 Oktyabr 2021
İstanbul klubundan transfer bombası - 22 milyon avroluq futbolçu

"Beşiktaş" daha bir səs-küylü transferlə heyətini gücləndirmək istəyir.

İstanbul klubu "Everton"dan Allan Loureyronun transferi üçün danışıqlara başlayıb.

Yayda "Barselona"dan Miralem Pyaniçi heyətinə qatan "Beşiktaş"ın 30 yaşlı braziliyalı yarmmüdafəçini transfer etmək şansı yüksək qiymətləndirilir.

"Everton" Allan Loureyronu ötən ilin yay transfer pəncərəsi dövründə 25 milyon avro qarşılığında heyətinə qatıb. Hazırda 30 yaşlı fubolçunun transfer qiyməti 22 milyon avrodur. Braziliyalı cari mövsümdə Premyer Liqada 7 oyuna çıxıb və 612 dəqiqə oynayıb.

Loureyro əvvəllər vətənində "Vasko da Qama", İtaliyada isə "Udineze" və "Napoli" klublarında çıxış edib, Braziliya yığmasında 10 oyun keçirib./Fanat.Az 

Xəbər lenti