Xəzər Xəbər

İtaliya, yoxsa İsveçrə - C qrupunda maraqlı durum

İdman | 19:36 • 13 Oktyabr 2021
İtaliya, yoxsa İsveçrə - C qrupunda maraqlı durum

DÇ-2022-nin seçmə mərhələsinin C qrupunda maraqlı vəziyyət yaranıb.

Bolqarıstanın Şimali İrlandiya (2:1), İsveçrənin Litva üzərində qələbələrindən sonra qrupda iki lider var.

Belə ki, İtaliya və İsveçrə milliləri hərəyə 14 xalla zirvəni bölüşür.

Digərləri üçün əlçatmaza çevrilən liderlər qarşıdakı iki turda bir-biriylə iki dəfə qarşılaşacaq. Məhz bu matçlar sayəsində tərəflərdən hansının Qətərdə baş tutacaq mundiala birbaşa vəsiqə qazanacağı müəyyənləşəcək.

Xatırladaq ki, dünya çempionatının final mərhələsinə qrupda ilk yeri tutan komanda birbaşa yollanırsa, ikinci yerin sahibi pley-off matçına çıxır./Fanat.Az 

Xəbər lenti