Xəzər Xəbər

Emin Mahmudov millinin heyətində rekorda imza atdı

İdman | 14:48 • 13 Oktyabr 2021
Emin Mahmudov millinin heyətində rekorda imza atdı

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Serbiya - Azərbaycan (3:1) matçı millimizin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub. 

XəzərXəbər xəbər verir ki, yarımmüdafiəçi seçmə mərhələdə ikinci dəfə Serbiyanın qapısına yol taparaq yığmanın heyətində beşinci qolunu vurub. 

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi rekorda imza atıb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib - dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda), Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti