Xəzər Xəbər

Məsut Özil öz kriptovalyutasını buraxacaq

İdman | 09:31 • 12 Oktyabr 2021
Məsut Özil öz kriptovalyutasını buraxacaq

Hazırda Türkiyənin “Fənərbağça” klubunda çıxış edən tanınmış futbolçu Məsut Özil özünə məxsus kriptovalyutanı dövriyyəyə buraxmağa hazırlaşır.

XəzərXəbər xəbər verir ki, yayılan məlumatlara əsasən, rəqəmsal pul idmançının ötən il təsis etdiyi “M10Streetwear” markası altında istifadəyə veriləcək.

Kriptovalyutanın alıcıları onu bitkoinə dəyişə biləcək, həmçinin markanın məhsullarını alarkən endirim əldə edəcəklər. Onlardan bəziləri isə Özillə şəxsi görüş fürsəti qazanacaq.

Xəbər lenti