Xəzər Xəbər

"Çelsi" Hazardı geri qaytarır

İdman | 19:20 • 11 Oktyabr 2021
"Çelsi" Hazardı geri qaytarır

İngiltərənin "Çelsi" klubu sabiq futbolçusu Eden Hazardı geri qaytarmaq niyyətindədir.

London təmsilçisi hazırda Madrid "Real"ında çıxış edən belçikalı hücumçu üçün hər an müqavilə bağlamağa hazır olduqlarını bildirib.

"El Nacional" nəşrində "Real" karyerası istədiyi kimi alınmayan30 yaşlı forvardın da yenidən Londona qayıtmaq fikrində olduğu yazılıb.

Qeyd edək ki, Hazard 2019-cu ildə "Çelsi"ni "kral klubu"na dəyişib./Offsideplus.az 

Xəbər lenti