Xəzər Xəbər

İngiltərə nəhəngi Haalandı transfer etməyə yaxındır

İdman | 18:35 • 11 Oktyabr 2021
İngiltərə nəhəngi Haalandı transfer etməyə yaxındır

İngiltərənin "Mnaçester Siti" klubu sıralarını ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

"Daily Star" xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund "Borussiya"sının əsas qol ümidi Erlinq Haalandı transfer etməyə yaxındır.

Hazırda tərəflər arasında gedən "bazarlıq" "şəhərlilər" üçün müsbət sonlamaq üzrədir.

Qeyd edək ki, norveçli forvardın transfer dəyəri 150 milyon avrodur.

Onu da bildirək ki, "Borussiya" Haalandın komandadan ayrılacağı təqdirdə onu "Salzburq"un 19 yaşlı hücumçusu Kərim Adeyemi ilə əvəz edəcək./Offsideplus.az 

Xəbər lenti