Xəzər Xəbər

Almaniya və Belçika dünya çempionatına vəsiqəni təmin edə bilər

İdman | 15:42 • 11 Oktyabr 2021
Almaniya və Belçika dünya çempionatına vəsiqəni təmin edə bilər

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün VIII tura start veriləcək.

XəzərXəbər-in məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçiriləcək.

E qrupunda  Uels Estoniyaya qalib gələ bilməsə, Belçika bu tur istirahət edəcəyi halda, dünya çempionatına qrup lideri kimi vəsiqə qazanacaq.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olacaq. 

J qrupunda lider Almaniya səfərdə Şimali Makedoniyaya qalib gələcəyi təqdirdə, vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edəcək.

DÇ-2022, seçmə mərhələ
VIII tur
11 oktyabr

E qrupu

22:45. Belarus - Çexiya

22:45. Estoniya - Uels

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6).

G qrupu

22:45. Latviya - Türkiyə

22:45. Niderland - Cəbəllütariq

22:45. Norveç - Monteneqro

Xal durumu: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

H qrupu

20:00. Kipr - Malta

22:45. Sloveniya - Rusiya

22:45. Xorvatiya - Slovakiya

Xal durumu: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4.

J qrupu

22:45. Şimali Makedoniya - Almaniya

22:45. Rumıniya - Ermənistan

22:45. İslandiya - Lixtenşteyn

Xal durumu: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1.

Xəbər lenti