Xəzər Xəbər

"Bavariya" "Barselona"nın 4 futbolçusunu istəyir ADLAR

İdman | 15:35 • 11 Oktyabr 2021
"Bavariya" "Barselona"nın 4 futbolçusunu istəyir

Almaniyanın "Bavariya" klubu İspaniya "Barselona"sında çıxış edən 4 futbolçu ilə maraqlanır.

Bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Bildirilir ki, Münhen təmsilçisi qapıçı Mark-Andre Ter Ştegen, müdafiəçi Serjinyo Dest, həmçinin yarımmüdafiəçilər Frenki de Yonq və Pedrini heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Barselona" 2020/2021 mövsümü üçün maliyyə hesabatında kluba 481 milyon avro məbləğində ziyan dəydiyini açıqlayıb./Offsideplus.az

Xəbər lenti