Xəzər Xəbər

“DÇ-2022” seçmə mərhələnin səkkizinci turuna 11 qarşılaşma ilə start veriləcək

İdman | 12:18 • 11 Oktyabr 2021
“DÇ-2022” seçmə mərhələnin səkkizinci turuna 11 qarşılaşma ilə start veriləcək

Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start veriləcək.

Xezerxeber.az xəbər verir ki, turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçiriləcək.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olacaq. Hazırda 12 xalla 3-cü pillədə olan “ay-ulduz”lular qrup lideri kimi mundiala birbaşa vəsiqə şanslarını qorumaq üçün mütləq qalib gəlməlidirlər. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi, ikinci yerdə gedən Norveç isə Monteneqronu qəbul edəcək.

Gün ərzində keçiriləcək görüşlər:

E qrupu

Belarus – Çexiya;

Estoniya – Uels.

Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyun), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6).

G qrupu

Latviya - Türkiyə;

Niderland - Cəbəllütariq;

Norveç – Monteneqro.

Qrupdakı vəziyyət: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

H qrupu

Kipr – Malta;

Sloveniya – Rusiya;

Xorvatiya – Slovakiya.

Qrupdakı vəziyyət: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4.

J qrupu

Şimali Makedoniya – Almaniya;

Rumıniya - Ermənistan;

İslandiya – Lixtenşteyn.

Qrupdakı vəziyyət: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar. İkinci pilləni tutan 10 ölkə UEFA Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək.

Xəbər lenti