Xəzər Xəbər

“Qarabağ” - “Keşlə” oyunu heç-heçə başa çatıb

İdman | 20:37 • 25 Sentyabr 2021
“Qarabağ” - “Keşlə” oyunu heç-heçə başa çatıb

Sentyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Xezerxeber.az xəbər verir ki, açılış oyununda "Qarabağ" klubu "Keşlə"nin qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xallarını sayını 11-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. Bakı klubu isə "Sabah"la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edəcək. Tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Xəbər lenti