Xəzər Xəbər

De Xea Ronaldodan danışdı: İnsan ona heyran olur

İdman | 18:19 • 24 Sentyabr 2021
De Xea Ronaldodan danışdı: İnsan ona heyran olur

"Mançester Yunayted"in qapıçısı David De Xea (David De Gea) komandanın yeni transferi portuqaliyalı ulduz Kriştianu Ronaldo (Cristiano Ronaldo) barədə danışıb.

"Mirror" nəşri xəbər verir ki, 30 yaşlı əlcək ustası Ronaldonun özünə qulluq etməsinə heyran olduğunu dilə gətirib:

"Ronaldonun hər gün idman zalında necə çalışdığını, özünə qarşı necə davrandığını, vücuduna və sağlamlığına necə diqqətlə yanaşdığını görəndə insan ona heyran olur. O, möhtəşəmdir".

Xatırladaq ki, MY-ya qayışından sonra Ronaldo çıxış etdiyi hər oyunda fərqlənməyə müvəffəq olur. "Qırmızı şeytanlar" növbəti matçını sentyabrın 25-i "Aston Villa"ya qarşı keçirəcək./Fanat.Az 

Xəbər lenti