Xəzər Xəbər

Ronaldo Messini üstələdi – BU SİYAHIDA

İdman | 13:04 • 22 Sentyabr 2021
Ronaldo Messini üstələdi – BU SİYAHIDA

"Mançester Yunayted"də (İngiltərə) çıxış edən Kriştiano Ronaldo ən çox qazanan futbolçular siyahısında ilk pilləyə yüksəlib. 

"Forbes"in versiyasına əsasən, buna 36 yaşlı hücumçunun İtaliya "Yuventus"undan "qırmızı şeytanlar"a keçməsi səbəb olub. 

Portuqaliyalı forvard 2021/2022 mövsümündə vergilər çıxılmadan 106,6 milyon avro qazanacaq.

Bunun 59,7 milyon avrosu İngiltərə təmsilçisinə qayıtdığı üçün maaş və bonuslardan əldə olunacaq. 

Qeyd edək ki, Fransa PSJ-nin ulduz oyunçuları Lionel Messi (93,8 milyon avro), Neymar (81 milyon avro) və Kilian Mbappe (36,7 milyon avro) ilə ardıcıl olaraq növbəti pillələrdə qərarlaşıblar. 

Xəbər lenti