Xəzər Xəbər

"Mançester Yunayted"dən Poqba üçün ÇILĞIN PLAN - Ona görə bir neçə futbolçunu satacaq

İdman | 15:31 • 21 Sentyabr 2021
"Mançester Yunayted"dən Poqba üçün ÇILĞIN PLAN - Ona görə bir neçə futbolçunu satacaq

İngiltərənin “Mançester Yunayted” klubu Pol Poqbanı heyətində saxlamağa qərar verib.

"Qırmızı şeytanlar"nın yeni planına əsasən, Poqbaya Premyer Liqa tarixinin ən yüksək ödənişli futbolçusu olmaq təklif olunub.

O, yeni müqaviləyə qol çəksə, həftədə 400 min funt-sterlinq qazanacaq.

Mançesterlilər maliyyə çatışmazlığı hiss etməmək üçün bir neçə futbolçusunu satacaq.

“Real”a keçmək istəyində olan yarımmüdafiəçinin yeni təklifi nəzərdən keçirməyə razılaşdığı bildirilir./Offsideplus.az

Xəbər lenti