Xəzər Xəbər

Ronaldo Kavaninin gedişinə səbəb ola bilər

İdman | 16:41 • 18 Sentyabr 2021
Ronaldo Kavaninin gedişinə səbəb ola bilər

Ulduz futbolçu Kriştianu Ronaldonun (Cristiano Ronaldo) transferindən sonra Edinson Kavani (Edinson Cavani)  "Mançester Yunayted"i tərk etməyi planlaşdırır.

"Todofichajes" nəşri xəbər verir ki, futbolçu artıq qış "transfer pəncərəsi"ndə yeni kluba keçmək niyyətindədir.

Səbəb isə Kavaninin daha çox oyun vaxtı əldə etmək istəyidir.

Xatırladaq ki, 34 yaşlı futbolçu 2020-ci ildə "Mançester Yunayted"ə keçib, hazırki müqaviləsinin müddəti 2022-ci ilin iyununa qədər qüvvədədir./Fanat.Az 

Xəbər lenti