Xəzər Xəbər

Acunun xəyalı gerçəkləşir: İngiltərədə klub alır

İdman | 15:56 • 15 Sentyabr 2021
Acunun xəyalı gerçəkləşir: İngiltərədə klub alır

Türkiyənin tanınmış prodüser və aparıcısı Acun İlicalı İngiltərənin köklü klublarından birinin sahibi olacaq.

"Acun Media"nın sahibi olan iş adamı "Hull City"ni almaq üzrədir.

Bu barədə İlicalı özü məlumat verib. 

"Haber Global"da yayımlanan "Az önce konuştum" proqramına qatılan ünlü iş adamı detalları açıqlayıb:

"Futbola olan sərmayəmizi İngiltərədə klub alaraq davam etdirmək niyyətindəyik. Çempionşip komandası "Hull City"-ni almağı düşünürəm. Xəyalım gerçəkləşmək üzrədir. Qarşı tərəflə görüşdük, faydalı danışıqlarımız oldu. İki tərəf bir-birini yaxşı başa düşdü. Onlar bizə güvənir. "Hull City"-dəki uğurlarla İngiltərədə ölkəmizin bayrağını dalğalandırmaq istəyirəm. İnşallah, "Hull City" gələcəkdə məşqçilərdən tutmuş müəyyən oyunçulara qədər, türklərdən ibarət olacaq".

Qeyd edək ki, futbola sevgisi ilə diqqət çəkən media-maqnat bundan əvvəl Niderlandda "Fortuna"ya sponsorluq edib və aprel ayında əməkdaşlığı dayandırıb./Fanat.Az 

Xəbər lenti