Xəzər Xəbər

Ronald Kuman göndərilir? - Namizədlər açıqlandı

İdman | 15:10 • 15 Sentyabr 2021
Ronald Kuman göndərilir? - Namizədlər açıqlandı

"Barselona"ın Çempionlar Liqasında qrup mərhələsinin I turunda "Bayern Münhen"ə (0:3) məğlubiyyəti klubun prezidenti Joan Laportu məyus edib. 

"ABC" nəşri xəbər verir ki, növbəti uğursuzluqlarda klub rəhbərliyi baş məşqçi Ronald Kumanla (Ronald Koeman) yollarını ayıracaq. 

Mənbə "Barselona"nın baş məşqçi postuna namizəd adları da açıqlayıb. Bunlar Luiz Enrike (Luis Enrique), Xavi və Roberto Martinesdir (Roberto Martinez).

Xatırladaq ki, 58 yaşlı Kumanın "Barselona" ilə müqaviləsinin müddəti 2022-ci ilə qədər nəzərdə tutulub./Fanat.Az 

Xəbər lenti