Xəzər Xəbər

“Midtülland” – “Lüdoqorets” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

İdman | 14:32 • 13 Sentyabr 2021
“Midtülland” – “Lüdoqorets” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Xezerxeber.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Midtülland” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Oyunun var hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.

Matç sentyabrın 16-da Danimarkanın Herninq şəhərində keçiriləcək.

Xəbər lenti