Xəzər Xəbər

Ronaldo qəbul etdiyi ən yaxşı qərarı açıqla

İdman | 09:53 • 13 Sentyabr 2021
Ronaldo qəbul etdiyi ən yaxşı qərarı açıqla

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştiano Ronaldo bildirib ki, "qırmızı şeytanlar"a qayıdış onun qəbul etdiyi ən yaxşı qərar olub.

Bu barədə hücumçu “Telefoot”a müsahibəsində bildirib.

"Mançester Yunayted"ə qayıdış qəbul etdiyim ən yaxşı qərardır. Bu, münasib vaxtda edilmişdi. Mən tarixə düşmək, "Mançester Yunayted"də əla nəticələrə nail olmağa və mükafatlar qazanmağa kömək etmək istəyirəm", - Ronaldo müsahibəsində deyib.

Xatırladaq ki, Ronaldo artıq 2003-cü ildən 2009-cu ilə qədər "Mançester Yunayted"də çıxış edib. O, bu komandaya karyerasına başladığı Portuqaliyanın "Sportinq" komandasından keçib. Ronaldo 2009-cu ildən 2018-ci ilə qədər İspaniyanın “Real Madrid" komandasında çıxış edib.

Hücumçu "Yuventus"da 2018-ci ildən çıxış edirdi. Otuz altı yaşlı portuqaliyalı ötən mövsümdə 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub.

Xəbər lenti