Xəzər Xəbər

Transfer şayiələri: Verner və Sane mübadiləsi

İdman | 15:04 • 12 Sentyabr 2021
Transfer şayiələri: Verner və Sane mübadiləsi

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Calciomercato" nəşri: Nikolo Barella (Nicolo Barella) "İnter"lə yeni müqavilə imzalayacaq. Klub bunun üçün futbolçu ilə danışıqlara başlayıb. 24 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə əsasən ildə 4 milyon avro qazanacaq.

"Todo Fichajes" nəşri: "Çelsi" klubu Timo Vernerin (Timo Werner) "Bayern Münhen"in yarımmüdafiəçisi Leroy Sane ilə mübadiləsinə hazırdır. Növbəti "transfer pəncərəsi"ndə bu dəyişikliyi görə bilərik.

"Tuttomercato" nəşri: "Yuventus"un vitse-prezidenti Pavel Nedved Paulo Dibala (Paolo Dybala) və De Şilyo (Mattia De Sciglio) ilə klub arasındakı müqavilə müddətinin uzadılacağını bildirb./fanat.az

Xəbər lenti