Xəzər Xəbər

“Lester Siti” öz meydanında “Mançester Siti”yə məğlub olub

İdman | 20:41 • 11 Sentyabr 2021
“Lester Siti” öz meydanında “Mançester Siti”yə məğlub olub

Sentyabrın 11-də futbol üzrə İngiltərə Premyer Liqasının dördüncü turunun mərkəzi qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, “King Power” stadionunda reallaşan görüşdə “Lester Siti” klubu “Mançester Siti” komandasını qəbul edib.

Görüş qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 62-ci dəqiqədə Bernardo Silva olub.

Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 9-a çatdıraraq, turnir cədvəlində ikinci yerə yüksəlib. “Lester Siti” isə 6 xalla doqquzuncu yerdə qərarlaşıb.

Xəbər lenti