Xəzər Xəbər

Rusiyada futbolçular baş hakimə hücum ediblər

İdman | 10:09 • 10 Sentyabr 2021
Rusiyada futbolçular baş hakimə hücum ediblər

Rusiyanın İrkutsk vilayətində həvəskar futbol komandaları arasında keçirilən açıq çempionatda insident baş verib.

 "Viktoriya" - "Paxtakor" matçında meydan sahiblərinin iki futbolçusu Bobomurod Allanazarov və Dilmurod Kaplanov görüşün baş hakimi Anton Rjenyevə fiziki təzyiq göstərib.

Matçın 85-ci dəqiqəsində əvvəlcə Allanazarov referiyə hücum çəkib. Ardınca isə Kaplanov davaya qarışıb, Rjenyevin baş və mədə nahiyyəsinə bir neçə zərbə endirib.

Hadisə ilə bağlı polisə müraciət edilib, araşdırma aparılır.

İrkutsk Futbol Federasiyası isə hər iki futbolçunu 3 il müddətinə diskvalifikasiya edib. (Report)

Xəbər lenti