Xəzər Xəbər

Məmmədyarov Aronyanla cavab görüşünə çıxır

İdman | 10:09 • 4 Avqust 2021
Məmmədyarov Aronyanla cavab görüşünə çıxır

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan “Chessable Masters”də 1/4 finalın digər görüşləri baş tutacaq.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu mərhələdə Levon Aronyanla (Ermənistan) cavab görüşünə çıxacaq. 

Məşhur qrossmeysterimiz ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə uduzub.

Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk (üçüncü görüş) oynanılacaq.

Xəbər lenti